Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə əlaqədar tələb olunan sənədlər


 

İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

 

  • nümunəsi müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  ərizə-anket;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  pasportunun  və  ya  digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  nəzərdə  tutulan  işi  yerinə yetirmək  üçün  tələb  edilən  ixtisasa malik  olduğunu  təsdiq  edən  sənədin  notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • Azərbaycan Respublikasının  ərazisində  başqa  əsaslarla  olan  əcnəbinin  və vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasının  ərazisində  qalmasına hüquq verən müvafiq sənədin surəti;
  •  işəgötürən:  

1.     hüquqi  şəxs  olduqda  –  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;  

2.     fiziki  şəxs  olduqda  –  fiziki  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədin  və fiziki  şəxsə  verilmiş  vergi  ödəyicisinin  uçota  alınması  haqqında  şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

 

  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu  xəstəliklərin  siyahısında  nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış.

 

İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.

 



Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin