Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını əldə etməsi ilə əlaqədar tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.

 

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Azərbaycan Respublikasında son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış  
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.


Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin