Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə əlaqədar tələb olunan sənədlər

Azərbaycan Respublikası vətəndaşlığını bərpa etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edir.


 

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

 

  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
  • ailə tərkibi haqqında arayış;
  • QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur).
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.


Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin