Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin alınması

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün fərdi icazələrin verilməsi ilə əlaqədar tələb olunan sənədlər
Fərdi icazə almaq üçün işəgötürən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə aşağıdakı sənədləri təqdim etməlidir
  • Ərizə - Anket (müvafiq formaya uyğun)
    Ərizədə aşağıdakılar öz əksini tapmalıdır
    • Hüquqi şəxslər üçün- hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı
    • Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, və vaxt və kim tərəfindən verilmişdir, ünvanı)
    • Əcnəbinin adı, atasının adı, soyadı, vətəndaşlığı, daimi yaşayış yerinin ünvanı, oğulduğu tarix və ölkə, cinsi, ixtisası, son beş ildə əmək fəaliyyəti haqqında məlumat, işləyəcəyi vəzifə və iş yerinin ünvanı
  • Əcnəbi işçinin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti
  • Nəzərdə tutulan hər bir iş yeri üçün əcnəbi işçinin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış
  • Azərbaycan Respublikası ərazisində başqa əsaslarla olan əcnəbinin Azərbaycan Respublikası ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti
  • İşəgötürən Hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətləri
  • İşəgötürən Fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri
  • əcnəbinin sağlamlığı, o cümlədən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış
  • əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin surəti
Qeyd: Fərdi icazə almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim etdikdən sonra fərdi icazə işəgötürənə təqdim edilir.

Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin