Azərbaycan Respublikası vətəndaşının Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə əlaqədar tələb olunan sənədlər


Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.

 

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

  • 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
  • yaşayış yerindən ailə tərkibi haqqında arayış;
  • dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 



Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin