Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi ilə bağlı tələb olunan sənədlər- Ərizə-anket (tərcümeyi-hal)
- Azərbaycan Respublikası Prezidentinin adına ərizə
- 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
- yaşayış yerindən ailə tərkibi haqqında arayış
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd
- Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış
- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
- Qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.)
- “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün- onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti
|
Onlayn Müraciət
qeydiyyatdan keçmiş istifadəçilər üçün
Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin |


