Azərbaycan Respublikası vətəndaşlığından çıxma

Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı tələb olunan sənədlər
  • Ərizə-anket (tərcümeyi-hal)
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə)
  • Yaşayış yerindən ailə tərkibi haqqında arayış
  • Azərbaycan Respublikası Prezidentinin adına ərizə
  • Dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər (həmin sənədlərin siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən təsdiq edilir)
    1. Ədliyyə Nazirliyindən - alimentlərə dair
    2. Milli bankdan – ssuda və kreditə dair
    3. Mənzil Kommunal təsərrüfat İdarəsindən- mənzil kommunal xidmətlərinə dair borcların olmaması barədə arayış
    4. Şəhərlərarası telefon stansiyasından- danışıq borcları olmadığı barədə
    5. Rayon- vergi idarəsindən vergilərə dair
    6. Rayon Hərbi komissarlığından – hərbi xidmətdən azad olmaq barədə
  • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd


Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin