Azərbaycan Respublikasında daimi yaşamaq üçün (imiqrant statusu almaq üçün) icazənin alınması
Azərbaycan Respublikasında daimi yaşamaq üçün (immiqrant statusu almaq üçün) icazənin alınması ilə bağlı tələb olunan sənədlərİmmiqrant statusu almaq üçün müraciət edən şəxs “Ərizə-Anket”i (Əlavə №1) doldurmalı və həmin sənədə notarial qaydada təsdiq olunmuş aşağıdakı sənədləri qoşmalıdır:
- daimi yaşamaq üçün icazənin verilməsi barədə arizə-anket
- doğum haqqında şəhadətnamə və ya ona bərabər tutulan başqa sənəd
- ailə tərkibi haqqında (ailə üzvlərinin adı, soyadı, təvəllüdü, məşğuliyyəti, yaşadığı və ya olduğu yer göstərilməklə) arayış, nigah haqqında şəhadətnamənin surəti, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərlə immiqrasiya edən 14 yaşından 18 yaşınadək olan uşaqların immiqrasiyası haqqında yazılı razılığı
- İmmiqrant statusu almaq istəyən şəxslərin sağlamlığı haqqında arayış (Hemorragik virus xəstəlikləri, Sarı qızdırma, İnsanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları)
- əcnəbilərin vətəndaşlığını, vətəndaşlığı olmayan şəxslərin isə vətəndaşsızlığını təsdiq edən sənəd
- əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin peşə ixtisasını təsdiq edən sənədlər
- 3x4 ölçüdə fotoşəkil 4 ədəd (qırmızı fonda)
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə
- Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlər (nikah haqqında şəhadətnamənin surəti, Azərbaycan Respublikası vətəndaşı olan ailə üzvlərinin şəxsiyyəti təsdiq edən sənədlərinin surəti)
- yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya əcənəbiyə və vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi
- dövlət rüsumunun ödənilməsi barədə qəbz (rüsum daimi yaşamaq üçün icazə verildikdə ödənilir)
- Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxs ölkədə qaldıqları vaxtda təminatı öz üzərinə götürdüyü hallar istisna olmaqla, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin və ya vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd


