Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı tələb olunan sənədlər
Aşağıdakı hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadıla bilər:
  1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili müalicə olunmasına zərurət yarandıqda
  2. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə
  3. xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə
  • müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd (əlavə olunur)
  • əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədi, vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədinin surəti
  • 3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda)
  • bu qaydaların 6-cı bəndində nəzərdə tutulan müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd
  • Azərbaycan Respublikasında 30 (otuz) gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyata alınması haqqında vəsiqənin surəti
  • 14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı
  • yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədin) notarial qaydada təsdiq olunmuş surəti
  • vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına olmaqla notarial qaydada təsdiq olunmuş)
  • vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz. (rüsum müvəqqəti olma müddəti uzadıldıqda ödənilir)
Qeyd: Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onların uzadılacaq müddətlə birlikdə ölkədə müvəqqəti olma müddəti 30 gündən artıq olarsa, onlar eyni zamanda Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar.

Onlayn Müraciət qeydiyyatdan keçmiş istifadəçilər üçün

Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin