Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınması
Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi ilə bağlı tələb olunan sənədlər- müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə ərizə-anket – 1 ədəd (əlavə olunur)
- əcnəbinin ölkə ərazisinə daxil olduğu pasportunun və ya onu əvəz edən sənədinin, vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti
- müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notarial və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd
- əcnəbinin və vətəndaşlığı olmayan şəxsin sağlamlığı haqqında arayış
- əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olmasına və ya yaşamasına hüquq verən müvafiq sənədin surəti
- 3x4 ölçüdə fotoşəkil 2 ədəd (qırmızı fonda)
- 14-17 yaşında olan uşaqların notarial qaydada təsdiq olunmuş yazılı razılığı
- qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi
- dövlət rüsumunun ödənilməsi haqqında qəbz (rüsum müvəqqəti yaşamaq üçün icazə verildikdə ödənilir)
|
Onlayn Müraciət
qeydiyyatdan keçmiş istifadəçilər üçün
Müraciət Formasını Yüklə (.pdf) formanı doldurub əlavələrlə birlikdə bizə göndərin |


